Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (9-01-2020, 22:09)
"İcra başçısının hələ bir dəfə də olsa, üzünü görməmişik”

 “Bir insanın yaşaması üçün zəruri sosial tələblərin yalnız biri var burda. O da təmiz hava. Onu da Tanrı bəxş edib şabranlılara. Rayonun giriş hissəsindən bizim yaşadığımız küçələrə qədər 2-3 km məsafə var. Bap-balaca rayondur. Yollarımız bərbad, yaşayışımız isə dözülməzdir”.

Bu sözləri KONKRET.az-a açıqlamasında rayon sakinləri bildirib.

Şabran rayonunun mərkəzi küçələri, əsasən dəmiryolu vağzalının yaxınlığında yerləşən yaşayış massivləri acınacaqlı vəziyyətdədir. Məişət tullantıları ilə əhatə olunan bu məhəllələrin yolları da keçilməzdir. 5 il bundan öncə su-kanalizasiya sistemləri çəkilərkən dağıdılan yollar indiyə qədər düzəldilməyib. Yağış bu ərazilər üçün ən arzuolunmaz təbiət hadisəsidir. Çünki yağış yağanda küçələr gölməçələrə çevrilir. Kanalizasiya xətlərindən çıxan çirkab suları da ayrı bir problemdir.

Rayonun Xəlil Əhmədov küçəsinin sakini Vüqar Qurbanov deyir ki, “Hərdən bizə elə gəlir ki, yerli məmurlar bu biganəlikləri ilə ölkə başçısının apardığı məqsədyönlü və uğurlu siyasətə qəsd edirlər. O gözəl işləri regionlarda çirkaba çevirirlər. Əslində bizim icra hakimiyyətinə müraciət etməyimizə ehtiyac yoxdur. Balaca bir rayondur. Amma icra başçımız bir dəfə də bu ərazilərə gəlib baş çəkməyib.

Kommunal problemlərdən savayı Şabran sakinlərinin əziyyət çəkdiyi əsas məsələlərdən biri də işsizlikdir. Rayonda 2 kiçik istehsal müəssisəsi var. Onların ümumi işçi qüvvəsi isə 200 nəfərdən çox deyil.

Rayon sakinlərini narazı salan bir məsələ də mərkəzi xəstəxanadır. Onlar xəstəxanadakı baxımsızlıq və biganəliklə yanaşı tibb ocağındakı rüşvət tələblərindən təngə gəliblər.

“Görün, vəziyyət nə durumdadır ki, xəstəxananın baş həkiminin özü xəstələrdən rüşvət tələb edir. İcbari tibbi sığortaya keçəndə sevindik ki, canımız xilas oldu bu xoşagəlməz hallardan. Əvvəl də rüşvət verirdik, indidə. İcbari tibbi sığortadan sonra bir fərq oldu. İndi saatlarla növbədə durub rüşvət veririk. 8 aydır Asif Hüseynov bizim rayona icra başçısı təyin edilib. Hələ bir dəfədə olsa üzünü görməmişik”.

Əməkdaşımızın rayondan lentə aldığı video-görüntüləri sizlərə təqdim edirik.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024