Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (11-05-2017, 14:00)
Baş həkim: Bu xəstəlikdən hələ sağalan olmayıb

 

 

“Cüzəm xəstəliyinin heç bir halda müalicəsi yoxdur. Bu xəstəlikdən hələ sağalan olmayıb. Sadəcə orqanizmə düşən törədici çöplər dərman preparatlarının təsiri ilə çoxalma qabiliyyətini itirir. Lakin törədici çöplər orqanizmdə insan ölənə qədər qalır”. 

Mediatv.az-ın məlumatına görə, Respublika Cüzəm (Leproz) Xəstəxanasının baş həkimi Vidadi Əliyev Report-a müsahibəsində belə deyib.

Baş həkim hazırda bizim xəstəxanada təhlükəli xroniki infeksion xəstəlik olan cüzəmdən əziyyət çəkən 13 nəfərin müalicə olundüğünü bildirib:

“Müalicə alan 13 xəstədən 5-i kişi, 8-i isə qadındır. Qadınlar da 50-83 yaş arası olanlardır. Adətən, xəstəxanada 35-80 yaş arası insanlar müalicə alır. Hətta bizdə 95 yaşında müalicə alan kişi də var idi. Azərbaycanda isə ümumilikdə 28 belə xəstə var. Qalanları kənarda, yəni, evlərindədir”. 

Vidadi Əliyev cüzəm xəstəliyinin genetik olmadığını deyir:

“Cüzəm infeksion xəstəlikdir. Əgər bir nəsildən kimsə bu xəstəliyə yoluxubsa, deməli, nəslin elə fərdləri var ki, onların genomu yoluxanın genomuna yaxındır və yoluxma ehtimalı daha çoxdur. Ona görə də həmin nəslə aid olan insanların bu xəstəlikdən əziyyət çəkənlərlə təmasda olması çox təhlükəlidir. Çünki artıq həmin nəsildə bu xəstəliyə, infeksiyaya qarşı həssaslıq var”. 

 

Baş həkim: Bu xəstəlikdən hələ sağalan olmayıb

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024