Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (21-09-2015, 11:52)
“Ziyalılarımızın boyu və çəkisi, milli gəlirimizlə mütənasibdir”

“İntellektual inkişafın qarşısını alan əsas səbəb kasıblıqdır”

Mediatv.az xəbər verir ki, Modern.az saytı “XXI əsrin adamı” layihəsini davam etdirir. Həmsöhbətimiz insan - insan,  insan - zaman, insanın dünyada yeri və s. konseptual məsələlər barəsindəki fikirlərini oxucularla bölüşür. Budəfəki müsahib fizika sahəsində xaricdə bir çox patentləri qəbul olunan alim, professor, Əməkdar elm xadimi Şahlar Əsgərovdur:  

- XXI əsrin Azərbaycanını necə xarakterizə edərdiniz?

- Azərbaycan inkişaf etməkdə olan, müasirləşməyə can atan müstəqil dövlətdir. Azərbaycanın makroiqtisadi göstəricilərinə diqqət yetirsək görərik ki, adambaşına düşən ÜDM (ümumi daxili məhsul)  təqribən 12 min dollar səviyyəsindədir. İnsan Potensialın İnkişaf İndeksi (İPİİ ) 0,73, kamillik əmsalı isə 2,48 səviyyəsindədir. Bu səbəbdən də ölkəmiz dünya dövlətləri sırasında haradasa 75-80 yerlərdə durur.

- Bu gün Azərbaycan cəmiyyəti hansı rəngdə düşünür?

- Mənə elə gəlir ki, dünyada eyni rəngdə olan iki dövlət yoxdur. Siz adambaşına düşən ÜDM-i eyni olan iki dövlət taparsınız. Ancaq bu dövlətlərin İPİİ eyni olmayacaq. Məsələn, Avstraliyada, Hollandiyada, Avstriyada, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyində və Ekvatorial Qvineyada təqribən adambaşına düşən ÜDM eynidir. Ancaq bu ölkələr çox müxtəlifdir. Əgər Avstraliyada insanlar cənnətə bənzər bir ölkədə yaşayırlarsa, Ekvatorial Qvineyada insanlar cəhənnəmə bənzər vəziyyətdə yaşayırlar. Bu ölkələri şərti rəngləsək və Avstraliyanı qırmızı, Ekvatorial Qvineyanı qara rənglə təsvir etsək, digər dövlətlər qırmızı ilə qara arasındakı çalarların rəngində olacaq. Deməli, hər dövlətin öz rəngi var. Hər dövlətdə öz rənginə uyğun düşünür. Birində totalitar, birində demokratiyadır. Digərlərində isə həm ondan, həm də bundan var. Bu qarışıqların nisbəti dəyişdikcə, rənglər dəyişir. Cəmiyyətlərin düşüncələri çox rəngarəngdir. Xalqımız istehsal yox, daha çox məişət düşüncəsinə malikdir. İstənilən nazirə, deputata, məmura diqqət yetirsəniz görərsiniz ki, onlar ayaqdan başa qədər xarici firmaların məhsullarını istifadə edirlər, xarici istehsalçının əməyini ödəyirlər. Televiziyalar həyatın güzgüsüdür. Televiziyaları seyr edəndə görürsən ki, lətifəsayağı söhbətlər intellektual söhbətlərdən daha çoxdur.

- Bu günün ziyalıları o rəngarəngliyi yaratmaq üçün əllərinə fırça alırlar?

- Cəmiyyətin inkişafında ziyalıların rolu böyükdür. Mənim düşüncəmə görə, millət ziyalı yaratmır. Milləti ziyalı yaradır. Nizamidən Axundova qədər boşluqdur. Ancaq iqtisadi göstəricilərdə onların da elə bir rolu yoxdur. XX əsrin əvvəllərində bir sıra dəyərli ziyalılarımız yetişdi. Yaddan çıxarmayaq ki, Xarkeviç qanununa görə, informasiya milli gəlirin kvadratı ilə mütənasib artırBizim milli ziyalılarımızın boyu və çəkisi, milli gəlirimizlə mütənasibdir.

Üzeyir bəy, Mirzə Cəlil, Axundov və başqa ziyalıların bir böyük bacarığı da ondan ibarət idi ki, onlar bu xalqı tanıyırdılar. İndiki ziyalılar xalqı nə dərəcədə tanıyır?  

- Ziyalı həmişə xalqını tanıyır. Əsas odur ki, xalq ziyalısını tanısın.

- Mirzə Cəlil demişkən, nə üçün bu günün, 2015-ci ilin Azərbaycan cəmiyyəti hələ də 1906-cı ildə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının səhifələri arasında yaşayır?  

- Keçən əsrin başlanğıcında ölkəmiz inkişaf erasına daxil olur. Neft erası intellektual inkişafa səbəb oldu. “Molla Nəsrəddin”in çapı, qəzetlərin çapı, BDU-nun  təsis edilməsi, ilk elektrik qatarının Bakıda işə işləməsi və digər misallar da göstərmək olar...

Varlığın riyazi isbatı haqqında danışaq. Bu gün üçün həmin isbatlar nə dərəcədə vacibdir?  

- Sualı dəqiqləşdirək: varlığın yox, Yaradanın riyazi isbatına ehtiyac var. Allahın varlığını və yoxluğunu isbat etmək min illərin sualıdır. Mənim belə bir isbatım var. Bu, Rusiya Təbiətşünaslar Akademiyasının “Успехи современного естествознания” jurnalında “Mатематическое доказательство существования аллаха” adı altında 2011-ci ildə çap olunub və alim və filosoflar tərəfindən yüksək dəyərləndirilib. Sovetlərin dünyaca məşhur akademiki Qinzburq hesab edir ki, riyazi isbatı olmayan heç nəyə inanmaq olmaz. Ona görə bu isbata ehtiyac vardır.

- Kamillik nədir? Necə kamil olmaq olar?  

- Kamillik bildiyimizin bilmədiyimizə nisbətinin ölçüsüdür, meyarıdır. Kamil insanların bildikləri bilmədiklərindən qat-qat çoxdur. Mütləq biliyə Yaradanın özü malikdir. Bu səbəbdən də mütləq kamil varlıqdır. Peyğəmbərlər də kifayət qədər yüksək kamilliyə malik olublar. Çünki onların qəbul etdikləri qərarlar min illər boyu yaşayır. Fövqəl insanların da kamilliyi çox yüksək olubdur, ona görə tarix onları yaşadır. Kamilliyi ən az olanlar nadan insanlardır. Onların bildikləri az, bilmədikləri isə qat-qat çoxdur. Mütləq kamilliyə çatmaq mümkün deyil. intellektual söhbətlər. Bu səviyyədən yüksək kamillik Allahdan başqa hər kəsin üzünə bağlıdır. Bu da əslində Allahın varlığının bir isbatıdır.

- Bir az da problemlərdən danışaq. İntellektual inkişafın qarşısını alan səbəblər arasında sizcə, ən təhlükəlisi hansıdır?  

- Kasıblıq. Diqqət yetirin, Almaniyada 100-dən çox Nobel mükafatı alan var. Ancaq əhalisi o qədər olan Nigeriyadan cəmi 1 nəfər, yaxud Xorvatiyadan 2 nəfər Nobel mükafatı alıb, ancaq əhalisi ondan qat-qat çox olan Hindistandan vur-tut 7 nəfər bu mükafata layiq görülüb.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024