Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (13-07-2022, 15:57)
Nazirlik şirkətləri kimdən və niyə gizlədir?

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında "Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi" bölməsi bir həftədən çoxdur qeyri-aktivdir.

Mediatv.az yeniavaz.com-a istinadla xəbər verir ki, əvvəllər həmin bölməyə daxil olaraq dövlət qeydiyyatına alınan şirkətlər barədə məlumatları əldə etmək mümkün olurdu.
Belə ki, şirkətin adı və yaxud da VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) ilə axtarış edərək şirkətin qanuni təmsilçisi, hüquqi ünvanı, nizamnamə kapitalı, şirkətin yaranma tarixi və s. barədə məlumat əldə etmək olurdu.
Hazırda həmin bölməyə giriş mümkün deyil. Məsələ ilə bağlı Vergilər Xidmətinə ünvanladığımız suala cavab ala bilmədik.

Qeyd edək ki, son illər mətbuatda, o cümlədən də yeniavaz.com saytında dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində yeni yaranan, təcrübəsiz şirkətlərin qalib gəlməsilə bağlı çoxsaylı yazılar yayımlanıb. Həmin yazılarda adı keçən şirkətlər barəsində məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi saytında olan məlumatlara istinadən yer alırdı. Eyni zamanda bu məlumatlar əsasında tender müsabiqəslərində qeydə alınan digər neqativ hallar da üzə çıxmış olurdu.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024