Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (1-06-2022, 12:17)
Bu MMC-nin arxasında Zaur Mikayoluvdan başqa kim dura bilər?

 Məlum olduğu kimi, hər il yaz ayları başlayan kimi ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bütün qurumları rayonlarda əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin aparılması məqsədi ilə səfərbər olunurlar. Təbii ki, bu səfərbərliyin arxasında başqa maraqlar da olur. Axı hər il dövlət büdcəsindən yuxarıda qeyd etdiyimiz işlərin həyata keçirilməsinə milyonlarla manat vəsaitlər də ayrılır. Həmin vəsaitlər isə ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yerli idarələri tərəfindən əkin sahələrinin suvarılmasından daha çox, başqa istiqamətlərə yönləndirilir. Hansı yollarla, hansı üsullarla?

Şəki Suvarma Sistemləri İdarəsi maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması üzrə 29.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderə yekun vurmuş və “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 31.05.2022-ci ildə 229 518.26 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan etmişdir.

Sözügedən MMC ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, cəmi 5 aydır yaradılıb. Amma buna baxmayaraq nə az, nə də çox, 200 min manatdan çox məbləği olan tenderin qalibi olmağı bacarıb. MMC-nin rəsmi göstəricilərini diqqətinizə çatdırırq. Daha sonra MMC-nin bu 5 ay ərzində əldə etdikləri baş fırladan uğurlardan bəhs edəcəyik.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SİYƏZƏN RAYONU, SİYƏZƏN Ş, M.ZƏKİYEV, ev 44, m. 31, qanuni təmsilçisi kimi isə Müslümov Teymur Əkrəm oğlu qeyd olunub.

Məlumatlardan da da göründüyü kimi MMC cəmi 4 ay 18 gündür dövlət qeydiyyatına alınıb. Buna baxmayaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli daha bir neçə idarənin keçirdiyi tenderlərin qalibi olub. Buradan da o nəticəyə gəlmək olar ki, “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti üç ay ərzində bu tenderləri heç də elektron satınalmalar yolu ilə deyil, tanışlıq, yaxud da xüsusi göstərişlər sayəsəində əldə edə bilib. MMC-nin qalibi olduğu digər tenderlərə diqqət yetirin.

Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən nəqliyyat vasitələrinin və mexanizmlərin cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə 31.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə 125 900.1 manat məbləğində satınalma müqaviləsi 26.05.2022-ci il tarixdə;

Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən mexaniki avadanlıqların cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə 31.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə 132 292.16 manat məbləğində satınalma müqaviləsi 26.05.2022-ci il tarixdə;

Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən avtonəqliyyat, torpaqqazan mexanizmlər üçün ehtiyat hissələrinin və sürtgü yağlarının satınalınması üzrə 11.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə 206424.48 manat məbləğində satınalma müqaviləsi 11.05.2022-ci il tarixdə;

Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən avtomaşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması üzrə 02.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə 224 200 manat məbləğində satınalma müqaviləsi 31.05.2022-ci il tarixdə;

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən maşın mexanizmlərin və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması 03.03.2022-ci ildə müsabiqə yolu ilə başlamış olduğu açıq tenderdə 45 703.76 manat məbləğində satınalma müqaviləsi 31.05.2022-ci il tarixdə;

Bütün bu tenderlərin başlanması tarixinə diqqət yetirdikdə açıq aydın görsənir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli bu qurumlar cəmi ay yarım əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-ni tenderə cəlb etmiş və ümumi olaraq 964 038 mant məbləğində satınalma müqaviləsi bağlamışlar.

Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumata rast gəlinmir. Amma göründüyü kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli bu qurumlar MMC-nin müvafiq sahədə peşəkarlığını,təcrübəsini, ixtisas göstəricilərini,texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almadan hər biri ayrı ayrılıqda qanun pozuntularına yol verərək üç ay əvvəl yaradılmış bir şirkətə dəyəri yüz minlərlə ölçülən dövlət sifarişləri həvale ediblər.

Kimdir bunun arxasıda duran? Kimdir bunu təşkil edən? Təbii ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri. Bəlkədə elə sədr Zaur Mikayoluvun adamları. Qeyd edək ki, sabiq sədr Əhməd Əhmədzanin bu kimi işləri yerinə yetirmək üçün bölgələrdə ayrıca bir neçə şirkətləri var idi. Artıq bir il keçməsinə baxmayaraq elə Zaur Mikayılovun özü də bu sahədə yenidir. Səhmdar Cəmiyyətin satınalmalara cəlb etdiyi şirkətlər də yeni olmalaıdır axı. Yoxsa Siyəzəndə dövlət qeydiyyatına düşmüş bir MMC-yə Şəkidə, Ağstafada, Biləsuvarda, yəni respublikanın dörd bir yanında həm maşın mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri işlərinin həyata keçirilməsinə, həm də onları ehtiyyat hissələri ilə təmin etməsinə şəraiti kim yaradar?
Aktualinfo.orgшаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024