Problem (26-11-2014, 18:05)
“Tənqidçim həyat yoldaşımdır”
Şoumen Murad Dadaşov “Qazeta” dərgisinin “Kişilər mətbəxdə” rubrikasının qonağı olub
Mediatv.AZ-ın məlumatına görə, aparıcı mətbəxə girərək yeməklər hazırlayıb, eyni zamanda aşpazlıq bacarığından söz açıb:
“Mətbəx xanımların məkanıdır. Kişilər ora yalnız istirahət günləri girməlidir. Mən də bu cür edirəm. Yaxud da, özüm üçün xüsusi bayram edəndə mətbəxə daxil oluram. Kişilər daha dadlı yeməklər bişirirlər. Çünki onlar reseptdə yazılanları dəqiqliyi ilə edirlər. Mən mətbəxə girəndə uşaqlar, qonşular başıma yığışır. Mətbəxdə 20 dəqiqədən artıq qalmıram”.
M.Dadaşov tənqidə nifrət etdiyini deyib:
“Həyatımda bir neçə insan var ki, mənim bayramımı, bütün uğurumu məhv edə bilər. Bu, mənim anamdır: ömür boyu görünüşümü bəyənməyib. O deyir ki, qədərindən çox kökəm, qədərindən çox alçaqboyam. Amma o, məni dəlicəsinə sevir. Digər tənqidçim isə həyat yoldaşımdır. Onun peşəsi mənə yaxın deyil, amma tez-tez tənqid edir. Ən əsası isə, heç vaxt sorğu-sual aparmır, evə gec və səhərə yaxın, yanımda iki xanımla gəlməyimin səbəbini soruşmur (gülür). Sonuncu tənqidçilərim isə oğlanlarımdır. Bir dəfə şouya hazırlaşırdıq. Çoxlu pul sərf edib video-çarx çəkdik: möhtəşəm rejissor, qrafika, xaricdən mütəxəssislər... Özümdən razı halda video-çarxı evə gətirdim, ailəmlə oturub baxmaq istədim. Həyat yoldaşım heyran qalıb, mən isə razı halda oturmuşam. Qəfildən oğlum gəldi. Soruşuram: Necədir?”. “Çox yaxşıdır, amma bu video uşaqları qorxudacaq. Elə mən də qorxdum”, - deyə cavab verdi. Başa düşdüm ki, mən şouya bu çarxla müəyyən təbəqəni cəlb edə biləcəm. Gecə ilə hər şeyi dəyişdik”.
Şoumen “Övladlarınız üçün nə hazırlayırsınız” sualına belə cavab verib:
“Onlar üçün gələcək hazırlayıram. Çox işləyirəm. Bu gün bir neçə məqsədim var: birincisi, heç vaxt kökəlməmək; ikinci isə, hər zaman dəblə geyinmək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024