Problem / Karusel (30-06-2014, 16:48)
“Toyumda yalnız kişilər olacaq, gəlini heç kim görməyəcək“
Meyxanaçı Namiq Qaraçuxurlu rəqqasə Oksana Rəsulova ilə aralarında eşq olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi “Onlar” verilişinə açıqlamasında rəqqasəylə dost olduqlarını bildirib:
“Oksana xanıma böyük hörmətim var. Biz onunla dost idik. O qədər belə söhbətlər danışdılar ki, dostluğumuzda da uzaqlaşdıq. Oksana xanım ailə quranda da bunlar danışılırdı. Mənim kimlə salamım olursa, şayiə yayırlar. Oksana ilə bir dəfə Moskvadan birlikdə gəldik, sonra məni təqdimat mərasiminə dəvət etmişdi. Bəzi insanlara bu şayiəni yaymaq sərf edirdi. Mən də kişiyəm, susdum. Özümə yaraşdırmadım, çıxım deyim ki, yox, yalandır. Oksana ilə çoxdandır, ünsiyyətdə deyiləm. Bildiyim qədər, onun şəxsi həyatı var. Bu cür xəbərlərin yayılması həm mənə, həm də ona ziyandır”.
Toyundan danışan Namiq Qaraçuxurlu gələcək həyat yoldaşını mediadan gizlədəcəyini bildirib:
“Ailə qursam, onu efirdə göstərməyəcəm. Mən ancaq kişi toyu edəcəm. Məclisdə yalnız kişilər olacaq, gəlini heç kim görməyəcək”.
Jurnalistin “Bu da yeni şayiəyə səbəb olacaq. Hamı deyəcək ki, Namiqin toyu yalandır” sözlərinə isə meyxanaçı belə cavab verib:
“Bəziləri insanları inandırmaq üçün gətirib ZAQS kağızını göstərir. Belələrinə gülürəm. Toyu media üçün yox, özüm üçün edirəm. Ona görə də, bunun dərdini çəkmirəm”.
N.Qaraçuxurlu son vaxtlar yaradıcılıqdan uzaqlaşması ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib:
“Kim deyir? Onun qulağını, başını kəsərəm. Yeni, həzin mahnı səsləndirmişəm. Sözləri və musiqisi mənə aiddir. Çox bəyənirəm həmin mahnını. Təvazökarlıqdan kənar da olsa deyim, onun üçün ürəyim gedir. İlk və son sevgidən bəhs edir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024