Problem (19-04-2014, 10:16)
Ərdoğandan Petek Dinçözə cavab
Ötən gün qatıldığı televiziya proqramında keçmiş həyat yoldaşı Can Tanrıyarın ona hədə-qorxu gəldiyini bildirərək baş nazir Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana səslənən müğənni Petek Dinçözün kömək çağırışına cavab gəlib
“Mediatv.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni “Twitter” hesabında "Dünən qatıldığım proqramdan sonra hörmətli baş nazirimizin mövzuya göstərdiyi həssaslığı üçün minnətdaram. Çox təşəkkür edirəm"-, deyə kömək çağırışının cavabsız qalmadığını bildirib.
Qeyd edək ki, gözyaşlarına hakim ola bilməyən Petek Dinçöz Baş nazir Rəcəp Tayyib Ərdoğandan kömək istəmişdi: “Bilirəm heç kim mənə yiyə durmayacaq, yalvarıram məni bu dərddən qurtarın. Qadınlar haqqında verilişlər aparmışam, onların dərdlərini dinləmişəm. Mənim başıma gələnlər bir çox məşhurun başına gəldi. Amma onlar canlarını qurtardı, yollarına davam etdilər, ailə qurdular, amma mən heç nə edə bilmirəm.
Mənə təyziqlər olunur, Baş nazirə səslənirəm, keçmiş həyat yoldaşım Can Tanrıyarın telefonlarını dinləsinlər. Onda mənə hədə qorxu gəldiyini başa düşəcəksiniz. Həyatımda sevgilim Abdullah vardı, istədim ki, insanlar məni başa düşsün. Ayrılmışdıq yenidən barışdıq. Lakin bu münasibətin necə olacağını bilmirəm. Can haqqımda çıxardığı xəbərlərlə münasibətimi korlayır”.