Unikal.org-un əldə etdiyi məlumata görə, vətəndaş Rəsulov Yaşar Rəsul oğlu Şəki şəhər İcra Hakimiyyətinin başçısı Usubov Elxan Zabir oğlu barəsində Yasamal Rayon Məhkəməsinə müraciət edib.
O, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə icra başçısından maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İş hakim Orxan Məmmədlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 10-na təyin edilib.