Aşağıdakı videoda gördüyünüz, dənizin içinə qədər girən möhtəşəm qəsrin Ədliyyə nazirlinin müavini, Penitensiar xidmətinnin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənova məxsus olduğu iddia edilir. Qəsr Pirşağıda, 173 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, “Delfin” restoranının yaxınlığında yerləşir və burada yaşayan sakinlərin kabusuna çevrilib.
Bir qrup sakin bildirib ki, Ceyhun Həsənov bu ərazidə dənizə girməyi qadağan etdiyi kimi, sahilə düşən yola şlaqbaum qoyaraq evinin yaxınlığındakı çimərliyə girişi də bağlayıb. İcra hakimiyyəti və bələdiyyə orqanları isə sakinklərin şikayətlərini sadəcə qulaq ardına vururlar.
Maraq doğuran məsələlərdən biri də odur ki, onlarla metr dənizə girən hasarlamanı səlahiyyətli qurumlar görmürlər. Ya da görməməzlikdən gəlirlər. Bəs görəsən dəniz sahəsini “işğal” edən Ceyhun Həsənov bu “işğalını” necə sənədləşdirib? Yəni dəniz sahəsinin ona aid olması ilə bağlı əlində sənəd varmı? Bu suala təbii ki, Sabunçu rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti açıqlıq gətirməlidir.
Sakinlər qeyd edirlər ki, Ceyhun Həsənov özü üçün bu möhtəşəm qəsri inşa edəndən sonra yaxın qohumu üçün də ərazidə yer ayırıb və ona da dəbdəbəli malikanə inşa edib.
Qeyd edək ki, hələ 1990-cı illərdə mərhum prezident Heydər Əliyev məmurlara dəniz sahilində tikinti aparmağı qadağan etmişdi və tikilən məmur villalarının sökülməsini tapşırmışdı. Ondan sonra da Prezident İlham Əliyev dəfələrlə bu barədə məmurlara xəbərdarlıq edib.
Hər iki dövlət başçısının bu qadağaları əks etdirən sərəncamları da mövcuddur. Buna baxmayaraq məmurların dəniz “fəthləri” dayanmadan davam edib və etməkdədir.
Görəsən, bu məmurlar Ulu Öndərin və cənab Prezident İlham Əliyevin tövsiyələrini qulaq ardına vurmaq cəsarətini haradan alırlar? Hətta dövlət başçısının imzaladığı rəsmi sənədləri qarşı çıxmağa belə, cəsarət edirlər.
P. S. Burda bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, dünən Milli Məclisin deputatı Erkin Qədirli müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 5 aylıq deptatlıq müddəti üçün öz gəlir və xərclərini açıqlayıb. Görəsən, yüksək çinli dövlət məmuru olan Ceyhun Həsənov da öz gəlir və xərclərini açıqlaya bilərmi? Ən azından bu möhtəşəm qəsr hansı gəlirlə inşa edilib və hazırda saxlanma xərcləri nə qədərdir? Dənizin işğalını isə soruşmuruq... //PİA.az//
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024