Problem (2-07-2020, 21:14)
Şəkidə meşələr balta,mişarla deyil,buldozerlərlə dağıdılır - ETİRAZ

Aktualinfo.org ötən həftə meşələrin kütləvi şəkildə məhv edilməsi hallarına rast gəlinən bölgələrindən birindən,Şəki rayonundan yaydığı məlumatlarda isə mənzərə bir az fərqlidir.Belə ki,burada hektarlara meşə əraziləri balta,mişarla deyil, ağır texnikalar vasitəsi ilə məhv edilir.Ekologiya və Təbi Sərvətlər Nazirliyinin rəsmiləri isə yazıda göstərilən halların araşdırılacağını bildirdilər.Biz nazirliyin rəsmilərinə araşdırılıması üşün kənd sakinlərinin redaksiyamıza təqdim etdikləri video görüntüləri də əlavə edirik.
Xatırladaq ki,yerli sakinlərin verdiyi məlumatlara görə, Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında olan 10 km-lik məsafədə yerləşən qədim meşə ərazisi ağır texnikaların cəlb edilməsi ilə məhv edilməyə başlanılmışdır. Belə ki, iyunun 20-də də əlavə olaraq buraya 4 ədəd ağır tonajlı buldozerlər gətirilmişdir ki, min ha-dan çox olan və ən çoxu qoz, fısdıq, palıd, armud, sarağan ağaclarından ibarət meşə massivi məhv edilsin.Sakinlərin bildirdiyinə görə meşələr hansısa özəl təşkilat tərəfindən hal-hazırda yerlə-yeksan edilməkdədir. Meşə və meşə ətrafı düzənlik örüş sahələrinin göz görə-görə zəbt edilməsi ən azından ürəkağrıdan bir hadisədir. Min illərin meşə genefonduna belə amansızcasına divan tutulması faktlarına yalnız XX əsrın 90-cı illərində erməni faşistləri tərəfindən Dağlıq Qarabağın işğal olunmuş ərazilərində rast gəlinmişdir. Budur, bu gün gözümüzün önündə tarixi vandalizm Oğuz-türkünün dədə-baba torpağında təkrarlanmaqdadır. Yəni, tarixi Cunud meşəsi kimi tanınan böyük bir meşə dolayı mənəviyyatı aşınmış işbazların arzu və istəyi nəticəsində tarixin arxivinə gömülməkdədir.
Bu yerli sakinlərin gözləri qarşısında doğma torpaqlarında,kəndlərində meşələrin talanmasına olan etirazın bir kiçik hissəsidir.Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə hansısa bir şirkət tərəfindən ərazidə böyük fındıq bağlarının salınması üçün işlər aparıllır. Fındıq bağlarının salınması təbii ki,lazımdır.Amma hektarlarla meşə massuivini məhv etmək,dağıtmaq yolu ilə yox.Bu şirkət kimlərə məxsusdur? Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə nə kimi bağlılığı var?Bizi izləyin.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025