Problem (4-09-2014, 16:25)
Aktrisanın ölüm səbəbi dəqiqləşdi
“Sehirli annem” serialından, prodüser Acun İlıcalının məşhur “Yok böyle dans” yarışmasından tanınan türkiyəli aparıcı, aktrisa və dicey Dəfnə Coy Fosterin ölüm səbəbi dəqiqləşib
"Mediatv.az" “Hürriyət”ə istinadən xəbər verir ki, 15 müxtəlif tibb mütəxəssisinin gəldiyi qərara əsasən, astma xəstəsi Dəfnənin ölümünə içdiyi dərmanlara əks təsir göstərən alkoqol səbəb olub. Bununla da aktrisanın anası Xədicə Fosterin qızının tanışı Kərəm Altanın təcili tibbi yardım maşınını gec çağıraraq onun ölümünə səbəb olduğu iddiası təsdiqini tapmayıb. Lakin D.Fosterin vaxtında xəstəxanaya aparılacağı təqdirdə sağ qalıb-qalmayacağını da həkimlər dəqiq söyləyə bilmir.
Qeyd edək ki, aktrisanın vəziyyəti pisləşən zaman onun yanında olan tanışı Kərəm Altan həmin gecə bütün xəstəxanalara baş vurduğunu, lakin növbətçi həkim tapmadığına görə təcili yardımı gec çağırdığını söyləmişdi. Bu səbəbdən Xədicə Fosterin şikayəti əsasında həbs edilən K.Altanın sərbəst buraxılacağı deyilir. Onun vəkili Veysəl Ok müvəkkilinin həbsində media orqanlarını günahlandırıb: “Bəzi mətbuat nümayəndələri məhkəməni manipulyasiya xarakterli informasiyalarla çaşdırırdı. Kərəm haqsız və vicdansız şəkildə ittihamlara məruz qaldı. Məhkəmə tibbi ekspertizasının gəldiyi qənaət isə bu iddiaların yalan olduğunu ortaya çıxardı”.
Xatırladaq ki, K.Altan həbs edilərkən məhkəmədə özünün müdafiəsi zamanı bu sözləri söyləmişdi: “Dəfnə ilə barda tanış olduq. Mən görəndə rəqs edirdi. Xəstəliyinin olduğu ağlıma belə gəlməzdi. Özü də bu barədə heç nə deməmişdi. Qəflətən vəziyyəti pisləşdi və özündən getdi. Ayılması gecikəndə dərhal xəstəxanalara qaçdım, amma heç birində personal yox idi. Həkim tapa bilməyəndə isə təcili yardım çağırdım. Rəqs yarışmasına qatılan bir qadının belə bir xəstəliyinin olmasını düşünməzdim”.
Qeyd edək ki, Dəfnə Coy Foster 2011-ci ildə 35 yaşında astma tutmasından dünyasını dəyişib. Aktrisanın Kılıç adlı 5 yaşlı bir oğlu var.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024