Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (8-11-2017, 19:30)
Tacirlə İlahə Fəda arasında qalmaqal böyüyür

Tacirlə İlahə Fəda arasında qalmaqal böyüyür

 

Tacir Şahmalıoğlu Fədayə Laçının bacısı İlahə Fədanın onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mediatv.az Yenicag.az-a istinadla xəbər verir ki, ifaçı bu məsələdə onun adını hallandırmamağı tələb edib.

“Eşitdim, o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni, Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb, Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur”, - deyə o bildirib.

Xatırladaq ki, İlahə Fəda “APA TV”-nin “Show time” verilişinə telefon bağlantısı ilə qoşularaq T. Şahmalıoğlu barəsində “Tacir müəllim ola bilməz. Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik etmisən ki, Fədayə indi həbsdədir”, - sözlərini deyib.

шаблоны для dle 11.2

Xəbər lenti
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025