Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel (4-06-2014, 17:56)
Nazirlik: “Brilliant ermənilərdən nə pul alıb, nə də maşın”

Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Brilliant Dadaşovanın ermənilər tərəfindən mükafata layiq görülməsi ilə bağlı məsələyə münasibət bildirib.

 

Mediatv.az  xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva virtualaz.org saytına bildirib ki, xalq artistinin Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatının təqdimat mərasiminə getdiyindən xəbərsiz olublar: “Brilliant Dadaşovanı həmin müsabiqəyə Mədəniyyət və Turizm Nazirliyi göndərməyib. Mən nazirliyin müvafiq şöbəsi ilə də danışdım, bizim nazirliyin o təşkilatla hər hansı bir münasibəti olmayıb”.
Z.Əliyeva B.Dadaşovanın mükafat olaraq maşın və pul almadığını dedi: “Brilliant Dadaşovanın mətbuat katibi bildirdi ki, xalq artistinə yalnız yolpulu ödənilib, ona nə maşın, nə də pul verilməyib”.
Qeyd edək ki, bu gün Brilliant Dadaşovanın əlində mükafat maşının qarşısında çəkdirdiyi şəkillər yayılıb.
Z.Əliyeva isə foto ilə bağlı suala sualla cavab verdi: “Siz heç kiminsə maşınının qarşısında dayanıb şəkil çəkdirməmisiniz? Brilliant xanım da şəkil çəkdirib. Bu maşının mükafat olaraq verildiyini haradan bilirlər?”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024