Problem (22-06-2016, 16:35)
Müğənnilərimiz ''Formula 1''-dən kənarda qaldı: ''Bizə nə zaman şərait yaradıldı ki?''
“Formula 1” Avropa Qran-prisi münasibəti ilə dünya musiqisinin ən məşhur ulduzları Bakıya gəldi.
Mediatv.az: Yarış eyni zamanda Kris Braun, Enrike İqlesias və Farel Vilyams kimi ulduzların çıxışı ilə yaddaşlara həkk olundu. Sevilən musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə damğa vuran tanınmışların aldığı qonorar isə açıqlanmadı. Yarışla bağlı təşkil olunmuş brifinqdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai müğənnilərə ödəniləcək məbləğ barədə danışarkən bildirib ki, müğənnilərlə aparılan danışıqlar "konfidensialdır".
Bundan əlavə, yarış ərəfəsində DJ Mansur, DJ Hazy, Roberto Kel Torres, Rilaya, Dilarə Kazımova, Kənan Qədimov, Çingiz Mustafayev və "Rast" qrupunun iştirakı ilə əyləncəli konsert proqramları da təşkil olundu. Xarici ulduzların çıxışları anşlaqla qarşılansa da, yerli ifaçıların konsertləri diqqətdən kənar qaldı. Mətbuatda da onlara çox yer ayrılmadı. Sənətçilər də konsertdən görüntüləri sosial şəbəkədə paylaşmaqla kifayətləndi. Əslində isə xairici ulduzlardansa, yerli sənətkarlarımızdan istifadə edib musiqimizi dünyaya çatdırmaq daha məqbul idi. Bəs niyə beynəlxalq müsabiqə və yarışlarda yerli müğənnilərə üstünlük verilmir?
Musavat.com mövzu ilə bağlı bəstəkar Gövhər Həsənzadənin fikirlərini öyrənib. Bəstəkar isə bildirib ki, yerli sənətçilərə deyil, dünya ulduzlarına üstünlük verilməsinə münasibəti birmənalı deyil: “ “Formula 1” yarışları zamanı Bakıda deyildim, paytaxtdan çıxdım, çünki evim yarış keçirilən ərazidə yerləşir, yaşadığım evə daxil olmaqda belə çətinliklə qarşılaşırdım. Mən də evimi tərk etdim və uzaqlara getdim. Xarici ulduzların ölkəmizə gətirilməsi adi hala çevrilib. Bu, xarici sənətçilərə üstünlük verilən birinci beynəlxalq layihə deyil. Bizdə üstünlük həmişə xarici müğənnilərə verilib və bu da belə qəbul olunub, bunu müzakirəyə çıxartmağa ehtiyac yoxdur. Bizə nə zaman şərait yaradıldı ki? Layihələrimizin hamısında bəstəkarlar, müğənnilər, modelyerlər xarici olur. “Eurovision”da belə xarici bəstəkarlara üz tutulur. Bu sualların cavabı var, bu məsələni gündəmə gətirməyin mənası yoxdur”.
“Formula 1” ərəfəsində çıxış edən 3 yerli müğənnidən biri olan Çingiz Mustafayev isə deyib ki, xarici ulduzlara üstünlük verilməsi normal haldır:
“Yarış ərəfəsində konsert proqramı ilə çıxış edən 3 yerli müğənnidən biri idim. Bu siyahıda olduğum üçün şadam. Yəqin müğənnilər tamaşaçıların istəyinə uyğun seçilib. Konsert barədə deyə bilərəm ki, maraqlı keçdi, tamaşaçılardan və könüllülərin böyük sevgisi ilə qarşılaşdım. Bu qədər sevgi gözləmirdim, özüm də onlarla əyləndim. Dünya ulduzlarının konsertində də iştirak etdim. Görüntüləri də sosial şəbəkədə paylaşdım. Hər şey mənə xoş təsir bağışladı. Xarici ulduzlara üstünlük verilməsi isə normal haldır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024