Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (6-06-2016, 14:28)
"Qızıma ermənipərəst demək şərəfsizlikdir" - Xalq artisti

Azərbaycanın xalq artisti Ramiz Novruz qızı stilist Şəfəqin adının ermənilərlə birgə hallanmasına etiraz edib.

 

Mediatv.az xəbər verir ki, tanınmış aktyor azvision.az-a açıqlamasında bildirib ki, qızının paxıllığını çəkən insanlar onu ləkələmək istəyirlər.

“Mənim haqqımda da mətbuatda bir dəfə “ermənipərəst xalq artisti” yazmışdılar. Bu yaxınlarda əmim nəvəsi, dörd qan qohumum şəhid olub. Mənə və qızıma ermənipərəst demək ən azı şərəfsizlikdir. Şəfəq il yarım bundan qabaq Rusiyada məşhur bir adamın, yəni Georgi Kotın ustad dərsində olub.

Putin Georgi Kotu Rusiyada stilistlərin prezidenti elan edib. Şəfəq onun əl işlərinə baxıb. Şəfəq onunla görüşəndən sonra bilib ki, Georgi Kotın anası ermənidir. Şəfəq onu Azərbaycana gətirmək istəyirdi. Mən bunu biləndən sonra qızıma dedim ki, onu bura gətirmək düz olmaz. İnsanlar bunu birmənalı qarşılamayacaqlar. Şəfəqi master dərslər demək üçün Tehrana və bir neçə ölkəyə dəvət ediblər. Qızımın adını erməni ilə hallandırmaq istəyən insanlar onun uğurlarına paxıllıq edənlərdir. Özləri bacarmırlar, əllərindən bir iş gəlmir. Bunların hamısı qısqanclıq və paxıllıqdan irəli gəlir”. 

 

Qeyd edək ki, Bakının ən tanınmış gözəllik salonlarının saç ustaları və stilistlər məşhur erməni Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə gediblər.

Yerli KİV-də yayılan xəbərə görə, paytaxtın məşhur gözəllik salonları “Ambassade de LaBeaute” və xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus “Şəfa studio”nun tanınmış stilistləri bu günlərdə Rusiya və digər ölkələrdə məşhurluq qazanan erməni stilisti Georgi Kotdan ustad dərslər alıblar. Bu azmış kimi azərbaycanlı stilistlər sosial şəbəkələrdə fəxrlə erməni Kotla olan səmimi fotolarını paylaşıblar.

“Ambassade de LaBeaute”nin əməkdaşı bu cür çoxlu foto paylaşaraq belə bir şərh yazıb: “Salonun Rəna Qayıbova, Ellada və Eyvaz Kotun Soçidəki ”Fashion Studio"dakı seminariyasında iştirak edib".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024