Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (14-12-2015, 12:53)
İlhamədən xəbərdarlıq: “Elton, sən çaşdın!”

 

ATV telekanalının canlı yayımında qonaq olan müğənni Elton xalq artistləri Aygün Kazımova və İlhamə Quliyevaya söz atıb.

 

O, əvvəlcə İlhamə Quliyevanın qanunlarını oxumadığını və bu qanunlardan xəbərsiz olduğunu bildirib. Daha sonra isə Aygün Kazımovaya dəstək olduğunu və Aygün Kazımova ilə Natəvanın heç vaxt barışmayacağını əlavə edib.

 

Mediatv.az xəbər verir ki, Eltonun cavabı özünü çox gözlətməyib. Hazırda xəstəxanada olan İlhamə Quliyeva canlı yayıma zəng edərək Eltona “qulaqburması” verib:

 

 “Mən sülh olmasını istədim. Aygünlə Natəvanın küsülülüyünün səbəbini dərindən bilmədiyimə üçün onlardan incimirəm. Bu onların şəxsi işidir. Sadəcə, xeyirxah iş görmək istədim. Mənim barışıq açıqlamamdan sonra Aygün mənə dedi ki, “İlhamə xanım, siz belə açıqlama verməklə düzgün etmədiniz”. Aygün mənə zəng edəndə Natəvan xəstəxanada, yanımda idi. Dedim, biri yanımda, biri də telefonda. Bunları barışdırım. Aygün telefonda məni qırmasa da, sonradan əlaqə saxlayıb, bu barışığın həyata keçməsini istəmədiyini bildirdi”.

İlhamə Quliyeva Eltona bir-iki məsləhət də verib:

 

“Tolik də əzizimizdir. Onu Almaniyadan mən gətirmişəm. Hər zaman deyir ki, İlhamə xanım mənə çörək verib. Yox, onun çörəyini Allah verir. Mən bu işdə vasitəçi olmuşam. İndi o, sənin yanındadır və sənə dəstəkdir. İlhamənin qanunlarından xəbərsiz olduğunu söyləyirsən. “Azəri Star” mahnı müsabiqəsini yadına sal. Sən oxuyanda münsiflərdə mən oturmuşdum. Düzdür, mən dövlət deyiləm ki, qanunlarım olsun, ancaq sən məni yaxşı tanıyırsan və hökmümü də bilirsən! Elton, sən bu gün çaşdın! Bir də belə səhvlərə yol vermə!”

 

İlhamə Quliyevanın sözlərindən sonra Elton onunla razılaşaraq: “Bu qanlı bağlantı idi, canlı yox” sözlərini əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024