Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (25-06-2015, 14:53)
İlhamə qəzəbləndi: “Buynuzunuz gicişməsin, alt-üst edərəm“

Xalq artisti İlhamə Quliyeva dahi bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirovun fikirlərinə münasibət bildirib

 

"Mediatv.az"-ın ölke.az-a istinadən verdiyi məlumatına görə, hazırda Avropada istirahətdə olan sənətkar  bildirib ki, Cəmil Əmirovun Brilliant Dadaşovaya icazə vermək səlahiyyəti yoxdur.
 
Qeyd edək ki, C.Əmirov publika.az-a müsahibəsində atasının bəstəsi olan "Neyləmişəm" əsərini oxumaq üçün Brilliant Dadaşovaya icazə verdiyini bildirib:
"İlhamə Quliyeva olsun, ya Flora Kərimova, ya da başqası, heç kimin heç kimə hansısa mahnını oxuyub-oxmaması ilə bağlı qadağa qoymağa haqqı çatmır. Bəstəkarın mahnısına qadağa qoymaq müğənninin səlahiyyətinə aid olmayan bir işdir. O ki qaldı məhkəməyə, qoy versin. Dünyanın heç bir ölkəsində belə absurd qadağa yoxdur ki, hansısa müğənni hansısa bəstəkarın mahnısını oxuduğuna görə həmkarını məhkəməyə versin. Özüm də musiqiçiyəm və belə şeyləri yaxşı bilirəm. Əgər doğrudan da, atam sənəd əsasında həmin mahnıları İlhamə Quliyevaya versəydi, mən susardım və heç bir müdaxilə etməzdim. Amma ortada heç bir sənəd, dəlil-sübut yoxdur. İlhamə Quliyeva hansı əsasla atamın mahnılarının ona məxsus olduğunu deyir, bu, mənə aydın deyil. Əslində, atam bir kitabda özü yazıb ki, 20 mahnımı Rəşid Behbudova həsr eləmişəm. Yəni Rəşid Behbudov üçün yazılmış mahnılardır. Amma bu, o demək deyil ki, həmin mahnıları Rəşiddən sonra İlhamə Quliyeva, ya da başqaları oxumamalıydılar. Mahnı yaşamaq üçün bəstələnib. Buna görə də təkrar edirəm ki, kim istəsə, həmin mahnıları oxuya bilər".
 
İlhamə Quliyeva isə deyib ki, bu əsəri onun səsi üçün Cəmil Əmirov yox, Fikrət Əmirov yazıb:
"Hazırda Avropada istirahətdəyəm. Gələndən sonra özüm Cəmil Əmirovun cavabını verəcəyəm. Mahnını mənimçün Cəmil yox, Fikrət Əmirov yazıb. Əsərin hüquqları kimdə olur-olsun, mənim səsim üçün yazılıb. Mən heç vaxt buna icazə verməyəcəyəm. Cəmilin də hüququ çatmır. Atası yazıb və mənim mülkiyyətimdir. Dünya dağılsa da, verməyəcəyəm. Heç kəsin buynuzu gicişməsin. Elə belə də yaz. Heç kim mənimlə mübahisəyə girməsin. Bu, mənim adıma yazılan əsərdir. Fikrət Əmirov, əgər sağ olsaydı və icazə versəydi, mən nə karəyəm ki? Oğlu çox yaxşı bilir ki, bu əsərlər mənim səsim üçün bəstələnib. Özünü yığışdırsın. Gəlib hər şeyi alt-üt edəcəyəm. İcazə vermirəm. Brilliant o mahnını efirdə oxusa, onda məni qarşısında görsün".
Qeyd edək ki, Fikrət Əmirovun məşhur "Neyləmişəm" mahnısını bu günlərdə Brilliant Dadaşova da oxuyub. İlhamə Quliyeva isə Dadaşovanın mahnını bir daha oxuyacağı halda məhkəməyə müraciət edəcəyini bildirib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024