Problem (21-10-2015, 16:31)
Röyanın oxuduğu bu mahnı plagiat imiş
Bu günlərdə mətbuatda tanınmış müğənni Röya Nəcəfovanın Xəyyam Nisanovla birgə duet oxuduğu “Sənə ehtiyacım var” mahnısının plagiat olduğu barədə məlumatlar yayıldı.
Mediatv.az-ın məlumata görə, mahnı xalq artisti Brilliant Dadaşovanın illər öncə ifa etdiyi “Apar məni” mahnısının tam eynisi imiş.
Məsələ ilə əlaqədar xalq artisti Brilliant Dadaşova “Yeni Müsavat”a açıqlama verib. Onun sözlərinə görə, mahnıların plagiat olmasında ifaçıları deyil, bəstəkarları qınamaq lazımdır:
“Bəli, qeyd etdiyiniz mahnı sözləri Calal Qurbanova, musiqisi Rüstəm Zeynallıya aid olan, ifa etdiyim “Apar məni” mahnısına çox bənzəyir. Lakin buna görə ifaçıları deyil, bəstəkarları qınamaq lazımıdır. Biz bəstəkardan mahnını alıb oxuyuruq. Onun melodiyasının hansısa mahnını təqlid etməsinə biz ifaçılar cavabdeh deyilik”.
Qeyd edək ki, müğənni Röya Nəcəfovanın Xəyyam Nisanovla birgə duet oxuduğu “Sənə ehtiyacım var” mahnısının bəstəkarı şoumen və aparıcı Murad Arifdir.
Xatırladaq ki, şoumen bundan öncə də bir neçə dəfə plagiatda suçlanıb. Onun “İnşallah” mahnısının türk sənətçisi Atilla Taşın “Ham Çökelek” mahnısnın plagiatı olduğu barədə söz-söhbət geniş qalmaqala çevrilmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024