Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (10-09-2015, 19:50)
Elza İlhaməni məhkəmə ilə hədələdi: "Bu sözlərin cavabını verəcəksiniz"

Elza İlhaməni məhkəmə ilə hədələdi: "Bu sözlərin cavabını verəcəksiniz"

 

Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun deputat olmaq istəyi haqda fikirlərinə münasibətini bildirib.

Avropa.info xəbər verir ki, E.Seyidcahan Axşam.az-ın əməkdaşı ilə söhbətində bunları deyib:

“Onun sözləri mənə təsir etmədi. Bilsəydim ki, mənə canıyanan, məntiqli biri məsləhət verir, o zaman qulaq asardım. Onu məhkəməyə vermək üçün lazımi qədər dəlilim var. Ağıl yaşda yox, başdadır. Bundan əvvəl də haqqımda çox sözlər danışıb. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Qəlyan qadına yaraşar? Heyvanların qorunması üçün konsert vermişəm deyə, məni meymun adlandırır. Bu cinayətdir. Hər bir Azərbaycan vətəndaşının millət vəkiliyinə namizədliyini irəli sürmək haqqı var. Mənə deyəndə filankəs millət vəkilliyinə namizəd olub, cavab verirəm ki, “uğurlar”.

E.Seyidcahan İ.Quliyevanın da bir vaxtlar millət vəkili olmağı arzuladığını iddia edib: “Nəsimi rayonunun ərazisində yaşayıram, neçə il bundan əvvəl İlhamə Quliyeva qapı-qapı gəzib, insanlardan səs toplayırdı. Millət vəkili olmaq, parlamentdə oturmaq onun ən böyük arzusu idi. Alınmadısa, mən nə edim? Mən şou-biznes adamı deyiləm. Həmişə ciddi əsərlər yazmışam. Zamanın nəbzini tutan biriyəm. Qapı-qapı gəzib dayımdan, əmimdən, qonşularımdan pul yığıb övladlarımı böyütməmişəm ki... Toylara da, şou-proqramlara da getmişəm, halal pulumu qazanmışam, bacı-qardaşıma, övladlarıma baxmışam. Əlimdən gəldiyi qədər imkansızlara kömək olmuşam. Bunları reklam etməyə ehtiyacım yoxdur. Qazandığım pulla mahnılarımı aranjiman etdirmişəm. İlhamə xanıma qarşı heç vaxt hörmətsiz davranmamışam. Yeri gəlib, xəstələnəndə onun ayaqlarını da yumuşam, bahalı hədiyyələr aparmışam. Ona görə yox ki, başqaları kimi ondan qorxuram. Üzünə gülüb, arxada qeybətini etmirəm. Çünki mən ailə tərbiyəsi almışam. O insan hörmət, yaxşılıq bilmir. Özü diliylə deyir ki, mənə pislik edin. Onun bu tələbini etməyəcəyəm. Müdrik olacağam. Millət vəkili seçilsəm sülh yaradacağam”.

E.Seyidcahan özünü şou-biznesdə görmədiyini də bildirib: “Mənim layihələrim şou xarakterli olmayıb. Onu İlhaməkimilər şoulaşdırır. Çıxır efirdə nə gəldi danışır. Arxivdə Elzanın da, İlhamənin də çıxışlarına baxın. Mən nəinki özümü, heç pişiyimi də təhqir etmələrinə icazə vermərəm. Onu keçirdiyim “Uğura doğru” konsertimə çağırdım. Müsahibə verdi ki, səviyyəsiz yerdə nə işim var. Əgər mən səviyyəsizəmsə, evimdə, oğlumun toyunda nə işi var? Mahnımı (“Ağ çiçəyim” – red.) niyə oxuyursan? Məndən nə istəyir? Mən də başqaları kimi çıxım efirdə deyim ki, "o, xanım yox, İlhamədir?". Sonra da gəlsin desin ki, “Səninlə duet oxumaq istəyirəm”. İlhamə xanım, sizi təhqir etmək istəmirəm. Amma bu sözlərin cavabını verəcəksiniz. Əməkdar artisti, iki uşaq anasını təhqir etmək nə deməkdir? Mən İlhamə xanımdan fərqli olaraq sənət dostlarım arasında mehriban biri kimi tanınıram. Yığır başına müğənniləri, böyüyü kiçiyin üzünə, kiçiyi böyüyün üzünə ağ edir. Bir-birinin ardınca pis sözlər dedizdirir, ortada qoyursunuz. Siz sülh nədir bilmirsiniz. Allah sizə şəfa versin”.

Qeyd edək ki, İ.Quliyeva deputat olmaq istədiyini açıqlayan Elza Seyidcahanın fikirlərinə isə sərt reaksiya vermişdi: "Çox ayıb olsun ona. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024