Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (12-06-2024, 14:52)
Rəqqas Şamo Mürşüdov necə müşavir oldu?!

ŞOU-BİZNESDƏN GÖMRÜK KOMİTƏSİNƏ GEDƏN YOL…
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırovun Şamo Mürşüdovu özünə müşavir təyin etməsi oldu.

Məlumat üçün bildirək ki, bu təyinat ötən ayın əvvəlində baş tutsa da, hələ də mətbuatın gündəmindən düşmür. Söhbət ondan gedir ki, Ş.Mürşüdov vətəndaşlarımız tərəfindən heç bir parametrlərinə görə bu vəzifəyə layiq görülmür. Doğrudur, o, bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Amma sosial şəbəkələrdə yayılan bəzi video görüntülər onun şou-biznes sahəsində daha çox “istedadlı” olduğunu ortaya qoyur. Məhz bu baxımdan da haqlı olaraq vətəndaşlarda sual yaranır: “DKG sədri Şahin Bağırov özünə müşavir təyin etməyə adam tapmadı ki, rəqqas, qadın paltarları ilə səhnədə “poz verməkdən” zövq alan Şamo Mürşüdovu bu vəzifəyə gətirdi”? Hansı ki, bu adam uzun illər müxtəlif musiqi yarışmalarında, məsələn, 2007-ci ildə “Yeni Ulduz”, 2010-cu ildə “Eurovision”-da “SPAYNED” şou baletin rəqqası kimi iştirak edib, səhnədə qadın görkəmində oynamaqla yaddaşlarda qalıb.



Əlbəttə, Ş.Mürşüdov təhsilsiz, yaxud qabiliyyətsiz bir kadr deyil. Əksinə, bir çoxlarından fərqli olaraq o, ABŞ və İngiltərədə təhsil alıb, müəyyən beynəlxalq təhsil proqramlarının iştirakçısı olub. Görünür, indi Qərbdə təhsil alanlara daha çox ehtiyac duyulduğundan, kimlərsə onu vəzifəyə soxuşdurmağa çalışıb. Lakin niyə məhz Dövlət Gömrük Komitəsinə? Yayılan videolardan da aydın olur ki, bu adamın rəqqaslıqla yanaşı, bəzi musiqi alətlərində ifa etmək, yüksək şou göstərmək qabiliyyəti var, teatr sahəsində də özünü qısa müddətdə təsdiq edə bilər. Bir halda ki, son vaxtlar teatrlarımızda maraqlı tamaşalar qeybə çəkilib, repertuar qıtlığı yaşanır, onu mədəniyyət sahəsinə yönəltmək daha yaxşı olmazdı?! Məsələn, DGK sədrinin müşaviri deyil, Mədniyyət Nazirliyində hansısa bir vəzifəyə, yaxud ölkə teatrlarından birinin rəhbəri postuna gətirmək dövlətimizə daha böyük fayda verməzdimi? O, burada həm aktyorluq qabiliyyətini nümayiş etdirməklə tamaşaçı sevgisi qazanar, həm də insan resurslarının idarə edilməsi sahəsində bacarıqlarını tətbiq edərək, mədəniyyətimizin inkişafına böyük töhfə olardı. Bir sözlə, anadan artist doğulan birini gətirib Dövlət Gömrük Komitəsinin “şmotka” qoxulu kabinetlərində “çürütmək” insafsızlıqdır. Çünki belə “istedadlı” bir şəxsə öz sevdiyi sahədə meydan vermək cəmiyyətimiz üçün daha faydalı olar…

Yeri gəlmişkən onu da qeyd edək ki, Şamo Mürşüdov rəqqaslıqdan işıq surətilə bank sektoruna keçid edib və burada müxtəlif yüksək vəzifələri icra edib. Ən maraqlısı odur ki, “Bank Respublika” ASC-nin Mukafat və motivasiya şöbəsinin müdiri vəzifəsindən start götürən Şamo Mürşüdov hətta “Atəşgah” Sıqorta şirkəti tərəfindən kecirilən “Karyera planlama” təlim proqramında “Business Managament School”-da təlimçi kimi fəaliyyət göstərib. İstər-stəməz sual yaranır, şoumen muxtəlif dövlət qrumlarına necə peşəkar kadr yetişdirib? Və yaxud onun yetişdirdiyi kadrlar da özü kimi “şou əhli”nə çevrilməyəcək?! General-leytenant Şahin Bağırov Şamo Mürşüdovu özünə müşavir təyin edərkən bu faktı diqqətdən qaçırıb?..

hurriyyet.az
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024