Problem (12-12-2023, 17:44)
Sabiq nazir "Rolls-Royce" binasına görə cərimələnir?
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus şirkət tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə cərimələnir.
Qaynarinfo-nun məlumatına görə, sabiq nazirə məxsus "Improtex Motors" Məhdud Məsuliyyətli Müəssisəsi barəsində İnzibati Xətalar Məcələsinin 231.3 maddəsi ilə cərimə protokolu tərtib edilib.
Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Improtex Motors" Məhdud Məsuliyyətli Müəssisəsinin qanuni təmsilçisi Ələkbərov Fizuli Həsən oğludur. Sabiq nazirin tərəfindən satılan "Rolls-Royce" avtomibilllərinin satışı mərkəzi Bakıda tarixi binaların birində yerləşir. Ehtimal edilir ki, sözügedən binada yerləşdirilən reklam lövhələrinə görə şirkət cərimələnib.
Xatırladaq ki, Nazirlər Kabinetinin yeni qərarı ilə reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi, həmçinin, reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsi qadağandır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024