Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (14-07-2023, 14:24)
Pulla satılan elmi adlar geri alınacaq?

Pulla satılan elmi adlar geri alınacaq?
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Məlumatda qeyd edilir ki, hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, elmi dərəcələrin verilməsi bağlı məsələ uzun müddətdir ki, müzakirə mövzusudur.

Belə ki, bir vaxtlar alimlərin elmi dərəcəni həqiqətən də elmə verdikləri töhfə müqabilində aldığı deyilsə də, son illər bu istiqamətdə vəziyyətin qeyri-qənaətbəxş olduğu deyilir. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi alimlər artıq heç bir əziyyətə qatlaşamadan sadəcə elmi dərəcəyə yiyələnirlər. Fakt isə bu sahədə ciddi problemlərin olduğunu bir daha ortaya qoyur.

İstintaq yekunlaşdıqdan sonra faktlar sübut olunarsa, həmin elmi adların taleyi necə olacaq?

Mediatv.az-ın məlumatına görə, məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Cümhuriyyət”-ə bildirib ki, bu istiqamətdə hansı işlərin görüldüyü, neqativ fəaliyyətin nədən ibarət olduğu barədə məlumatı yoxdur:

“Əgər belə bir faktlar varsa, mütləq ciddi şəkildə araşdırılmalıdır. Çünki elm sferasında istər plagiat, istər qanunsuz elmi işlər yazılması, istər qanunsuz müdafiələrin gerçəkləşməsi, pul müqabilində bu işlərin görülməsi çox mənfi və ölkə elminə zərər vuran addımlardan biridir. Bu sahədə də şəbəkələşmiş fəaliyyət mövcuddur. Bütün hallarda bu məsələnin üzərinə gedilməlidir. Hər hansı bir şəxsin günahı varsa və bu prosesdə iştirakçı olaraq yer alırsa, onların məsuliyyət məsələsi qoyulmalıdır”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, son vaxtlar Ali Attestasiya Komissiyası bu məsələlərin üzərinə ciddi şəkildə düşüb:

“Yəni son vaxtlar müdafiəyə buraxılmayan işlərin həcmi artmaqdadır. Əvvəllər bu işlər daha asan idi, ancaq indi ciddi nəzarət olduğuna görə artıq vəziyyət bir qədər dəyişib. Onu da qeyd etmək lazımdır ki, yenə də bu işlərlə məşğul olan insanlar var. Onlar bu işi yazır və bununla qazanırlar. Təbii ki, bununla bağlı hüquq-mühafizə orqanları addımlar atır və gələcəkdə də davam edəcək.

Bu istiqamətdə tədbirlər önəmlidir. Ümumiyyətlə, Azərbaycan elmində plagiatlığa, köçürmələrə, saxta işlərə yol verilməsinin qarşısını qətiyyətlə almalıyıq. Belə işləri görən insanlarla bağlı mütləq müəyyən qərarlar qəbul edilməlidir ki, bu problemin qarşısını alaq. Hər bir alim də çalışmalıdır ki, belə nöqsanlara, səhvlərə yol verməsin. Belə səhvlər elmimizə, alimlərin fəaliyyətinə də xələl gətirir. Düşünürəm ki, bizim hüquq-mühafizə orqanları bu məsələni çox diqqətlə araşdıracaqlar.

Əgər kimin plagiat işi varsa, kimsə saxta, düzgün olmayan yolla diplom alıbsa və ya almağa cəhd edirsə, müvafiq qurumlar bunun qarşısını almalıdırlar. Əgər sübut olunsa ki, həqiqətən hansısa elmi işi filankəs yazmayıb, başqası yazıb o məsələ ciddi araşdırılmalı və müəyyən qərarlar qəbul edilməlidir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024