Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (21-10-2022, 09:00)
Lənkəranın halına ağlayan gərək... - NARAZILIQ VAR!

 




"Burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, ağır şərtlər qoyublar. Bundan sonra onlar bir də buraya gəlmədilər”.

Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisində yerləşir. Ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin dediklərinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları buraya gətirilir. Poliqon tullantılarla qalaqlanıb. Zibillik ərazisi 3-4 yerdə yanır, tüstü ətrafa yayılır.

Zibillyin hasarı yoxdur, hər tərəfi açıqdır, digər yerlərdən kanallar ayırır. Yaxınlıqdakı gözətçiyə yaxınlaşıb bəzi suallara cavab almaq istəsək də, alınmadı.

Lakin aydınlaşdrdıq ki, bura Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin nəzarətindədir.

Kənd sakini Qəşəng Əkbərova deyir ki, illər keçir, problem həllini tapmır: "Kəndimizdə xəstələr var. Onlar kənara çıxa bilmir, tütstünün əlindən də həyətə düşmək mümkünsüzdür. Həytlərdə uşaqlar var, hərəsi də bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar”.

Adının çəkilməsini istəməyən Lənkəran ziyalısının sözlərinə görə, problem dəfələrlə müzakirə olunub: “İcra hakimiyətinin bir tədbirində oldum. Bu məsələ müzakirə olunurdu. Poliqon dolub. Yeri dəyişilməlidir. Dedyildi ki, investisiya proqramı var, zavodun (zibil emal edən) tikilməsi orda nəzərdə tutulub. Doğurdan da orda ekoloji vəziyyət yaxşı deyil. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonunun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Əhali artır. Söhbət ondan gedir ki, bu zibillik yaşayış evlərilə əhatə olunub. İntensiv hərəkət olan asfalt yolun kənarındadır".

Lənkəran Şəhər Mənzil İstismar və Kommonal Müəssisələri İdarəsinin müdiri Emin Şahzadənin Cənub.az saytına dediyinə görə, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov isə sözügedən məsələ ilə bağlı bildirib ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb. Burda 10 min kub metr məişət tullantıları utilizasiya ediləcək.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyilənlərə inanmır. Onun bildirdiyinə görə, hər dəfə belə vədlər verirlər, amma problem yerində qalır.

Zibil poliqonuna yaxın ərazidə yaşayan sakinin dediyinə görə, bununla bağlı Yapon mütəxəssisləri ərazidə olublar.

“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər. Lənkəran şəhərinin iki böyük problemi var. Kanalizasiya yoxdur, zibl paliqonu da dolub daşır. 30 ildə bu iki problemlə bağlı dəfələrlə müzakirə gedib. Amma problemin həllindən ötrü əllərini ağdan-qaraya vurmayıblar”, - kənd sakini bildirir.

Belediyye.net
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024