Mədəniyyyət (20-01-2022, 13:56)
Yaddaş düşüncələrindən bir yarpaq
20 Yanvar… Bu tarix hər bir azərbaycanlının qəlbində, ürəyində, xatirəsində yaşayır. Bu yaddaşı vərəqlədikcə, xalqımıza qarşı törədilən faciəni bir daha yada salır və o sınaqdan mərdliklə, şücaətlə, qəhrəmanlıqla çıxan bir xalqın nümayəndəsi olmağımızla fəxr edirik. Mən də bir jurnalist kimi həmin hadisələrin canlı şahidi olmuşam. Ancaq bir məqam heç zaman hafizəmdən silinmir, məni həmişə duyğulandırır…
1997-ci ilin yanvar ayının ortaları idi. Həmin vaxta təsadüf edən bir görüşü indi də yaxşı xatırlayıram. Xalq şairi Bəxtiyar Vahabzadə Türkiyədə əməliyyat olunduqdan bir müddət sonra yenidən vəziyyəti ağırlaşmışdı. Və “Kaspar” xəstəxanasında müalicə alırdı. Həmişə ziyalılara böyük diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev isə şairin ziyarətinə gəlmişdi. Və dahi şəxsiyyət o görüşdə təkcə Bəxtiyar Vahabzadə ilə yox, həkim və ziyalılarla da çox səmimi söhbət etdi. Səhiyyənin inkişafı ilə bağlı fikirlər səsləndirdi. Türkiyə səhiyyəsindən də danışdı. Rusiyada təhsil alan azərbaycanlıların tibb sahəsindəki uğurlarından söhbət açdı. Yanvar ayı olduğu üçün 20 Yanvar hadisələrini də xatırlatdı, onun xalqımız üçün çox ağır sınaq dövrü olduğunu xüsusi vurğuladı.
O vaxt Moskvada Qorbaçov rejiminin Ulu öndər Heydər Əliyevə qarşı ədalətsiz münasibətini isə xalqımız da çox yaxşı bilirdi. Unudulmaz liderimiz həmin görüşdə bununla əlaqədar xüsusi bir məqamı da yada saldı. Dedi ki, “20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getməyə hazırlaşanda evdə məsləhətləşdik, belə bir təklif etdim ki, nümayəndəliyə mən, qızım Sevil və Mahmud getsin. İlham isə evdə qalsın. Bizə qarşı hər hansı bir təxribat olarsa, heç olmasa, ailədən bir nəfər sağ qalsın. Lakin İlham bu sözləri eşidəndə qətiyyətlə dedi ki, yox, ata, mən də sizinlə birlikdə gedəcəyəm. Əgər öləcəyiksə, birlikdə öləcəyik, qalacağıqsa, hamımız sağ qalacağıq!”.
Heydər Əliyevin 20 Yanvar hadisələrindən təqribən 7 il sonra bu fikri səsləndirməsi təsadüfi deyildi. Çünki Heydər Əliyevin böyük məktəbini keçən İlham Əliyev artıq siyasət aləminə hazır bir kadr kimi yetişirdi. Ulu öndərin həmin görüşdə xatırladığı bu fikir hamını kövrəltdi…
Və mən indi həmin hadisəni xatırlayıb, bu sətirləri yazarkən belə qeyri-ixtiyari kövrəlirəm. Prezident İlham Əliyevin hələ gənclik dövründən öz ölkəsinə, Vətəninə, xalqına necə bağlı bir insan olduğunu təsdiq edən faktlar çoxdur. Ulu öndərin İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram” fikri bu gün bütün sahələrdə tam, dolğun və müfəssəl şəkildə öz təsdiqini tapıb. Bu fikir bir jurnalist kimi mənim də həyat yoluma, yaradıcılığıma daim işıq salıb. Xalq sevgisinin hər zaman bütün işlərin fövqündə dayandığını, hətta həyatına təhlükə yarandığı vaxtda belə xalqı ilə həmrəy olduğunu 32 il öncə sübut edən İlham Əliyevin fəaliyyəti bu gün də bütün azərbaycanlılar üçün bir örnəkdir.
O, Heydər Əliyev məktəbinin ən layiqli tələbəsi olduğunu da bütün Prezidentliyi dövründə sübut edib. Tək bircə faktı xatırlatmaq istəyirəm. Ulu öndər Qarabağa qayıdacağımızı hər zaman böyük qətiyyətlə, sonsuz inamla səsləndirirdi. Və onun bu arzusunu reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün dünyaya bir daha göstərdi ki, qüdrətli, müdrik rəhbəri olan xalq heç vaxt məğlub ola bilməz. Və biz bu gün 20 Yanvar Şəhidlərinin ziyarətinə qalib xalq kimi başıuca gəlirik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Sakit Ocaqlı,
Telejurnalist, Əməkdar mədəniyyət işçisi

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024