Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (22-11-2014, 15:24)
“Yaşarın “alo” deyən səsi üçün darıxmışam”- Firəngiz Mütəllimova

Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, milli kino və teatrda əvəzsiz rolların ifaçısı Yaşar Nurinin ölümündən iki il keçir. Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib. 

 

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın xalq artisti Firəngiz Mütəllimova mərhum Yaşar Nuri haqqında öz təəəsüratlarını azvision.az-la bölüşüb:

“Əməliyyat keçirdiyim üçün onun qəbrini neçə müddətdir ziyarət edə bilmirdim. Amma, ayağa durandan sonra onun qəbrini ziyarət etdim. Yaşarın yoxluğu çətindir. Hələ də inanmıram ki, Yaşar yoxdur. Düzdür, televiziya onun haqqında verilişlər verir, yada salır, amma yenə də Yaşar yoxdur. Onun səsi üçün darıxmışam. Yaşarın “alo” deyən səsi yoxdur, düşünən beyni yoxdur. Yəni , Yaşar yoxdur da bu gün. Amma insan vərdiş edir, get-gedə dərk edir ki, hər kəsin gəliş-gediş anı var. Heç kim bilmir nə qədər yaşayacaq. İnsan var hamıya lazımdır, yaşaya bilmir. İnsan da var, heç kimə lazım deyil, amma yaşayır. O, Allahın işidir. Ona görə də, gələni də, gedəni də hörmətlə yad etmək lazımdır”.

Qeyd edək ki, Xalq Artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Yaşar Nuri 2012-ci ilin bu günü yüzlərlə obrazlar canlandırdığı Milli Dram Teatrın səhnəsindən alqışlarla son mənzilə yola salınıb. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olunub.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024