Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (9-06-2021, 14:12)
Şuşada üç tarixi məscid bərpa edilir - Video


Şuşada üç tarixi məscid bərpa edilir


Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır.

“Mediatv.az” xəbər verir ki, hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb.

Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Sözügedən məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa ediləcək.

İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilib, dağıntılara məruz qalıb.

Ekspertlər hazırda həmin məsciddə də mövcud vəziyyəti araşdırır.





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 11:39
15 06 2021 11:28
15 06 2021 11:12
15 06 2021 10:27
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24

{sape_links}{sape_article}