Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-10-2020, 10:55)
İşğal bölgəsindəki məscidlər - Onlar azan verməyə başlayacaq…

 “İşğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrimizin sayı ilə bağlı statistik məlumat  “İşğal altında qalan abidələrimiz” adlı kitabda əks olunub. Kitab müxtəlif dillərdə çap olunub və bir sıra ölkələrdə yayılıb”.
Bu sözləri Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov işğal bölgəsindəki dini abidələrimizdən danışarkən bildirib.
Onun sözlərinə görə, statistik hesablamalarda məscidlərin sayının 67 olaraq göstərildiyi qeyd edilir:
“Əslində isə bizim işğal altında qalan və yenicə azad olunmuş ərazilərimizdəki  məscidlərimizin sayı 67-dən çoxdur. Çünki Sovet dövründə məscidlərin əksəriyyətinin təyinatı dəyişdirilərək, anbara və ya kluba çevrilmişdi. Sovet dövründən sonra məscidlərin təyinatı yenidən dəyişdirilərək, ibadət evinə çevrilməyə başladı. Lakin Qarabağın işğalı ilə bu hadisələr üst-üstə düşdüyünə görə təyinatı tam dəyişdirə bilmədik”.
G.İsmayılovun sözlərinə görə, Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib.
“Birinci istiqamət Türk-İslam abidələrinin hamısının dağıdılmasına yönəldilib. İkinci fəaliyyət istiqaməti Azərbaycanın tarixi irsi olan Alban məbədlərinin Qriqorian kilsəsinə çevrilməsidir. Laçın rayonu ərazisindəki “Ağoğlan”, Kəlbəcərdəki “Gəncəsar” məbədi Qriqorian kilsəsinə çevirilmişdi. Onları Qriqorian kilsəsinə çevirməqdə məqsəd Azərbaycan tarixi irsini öz mədəniyyətlərinin bir hissəsi kimi göstərməkdir. Qriqorian kilsəsinə çevirə bilmədiklərinin hamısını dağıdıblar.
Üçüncü istiqamət isə 2 məscidimizi dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək üçün istifadə ediblər. Bu məscidlərdən biri İrəvan şəhərindəki “Göy məscid”, digəri isə Şuşadaki “Yuxarı Gövhər ağa” məscididir. Lakin bu iki məscidi İran-Fars mədəniyyətinin nümunəsi kimi təqdim ediblər”.
G.İsmayılov qeyd edib ki, ermənilərin bu iki məscidi təmir etməkdə məqsədi oradaki Azərbaycan izlərini itirməkdir.
“Cənab Prezidentin dediyi kimi, onlar məscidlərimizi dağıtsalar da, biz onları ürəklərimizdə,yaddaşlarımızda inşa etmişik. Ordumuz torpaqlarımızı azad etdikdən sonra məscidlərimizi, məbədlərimizi yenidən bərpa edəcəyik.
Azərbaycan ordusunun qələbəsi gün kimi aydındır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024