Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (7-03-2019, 14:30)
Əməkdar artist: Pullar kimin cibinə gedir, heç kim bilmir

 Prezidentin incəsənət xadimləri ilə sonuncu görüşü, yaşanan problemlər və onların aradan qaldırılması yolunda görülən işlər ürəkaçan və təqdirəlayiqdir. Buna rəğmən, heç bir sənətçi indiyədək açıq danışmayıb.
Bu sətirləri Əməkdar artist Lalə Məmmədova öz “Instagram” səhifəsində paylaşıb.
O bildirib ki, dövlət başçısının incəsənət xadimləri ilə görüşü bir çox sənətçilərdə böyük ümidlər və danışmaq həvəsi yaradıb.
Müğənni gələn görüşlərdən birində özünün də iştirak etmək arzusunu dilə gətirib:
“Mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları  problemlər barədə prezidentə danışardım. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və  iştirak etdiyimiz konsertlərə görə heç bir qonorar almırıq - solisti olduğum AzTV istisna olmaqla. İstər televiziya-radio, istərsə də paytaxt, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…
Halbuki bu çıxışlara görə bizə az da olsa, qonorar yazılır. Pulların kimlərin cibinə və hara getdiyi haqda kimsə nəsə bilsə də, heç kəs, heç nə deyə bilmir. Təşkil olunan bu tədbirlərə büdcədən sənətçilər üçün qonorar ayrılır.
Səsimizi çıxarıb bir söz deyəndə dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun, bizi efirə, konsertlərə buraxırlar. Yoxsa qadağa qoyarlar və efirlərə, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi  efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir.
Bu gün mən deyirəm. Sənətçilər toyun ümidinə yaşamamalıdır. Biz sənətimizlə az-çox olsa da, halal zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir.
Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırırlar. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyun oynanılır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024