2 fevral 1997-ci ildən Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Mediatv.az xəbər verir ki, Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır.
Qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı isə 60 faizdən çoxdur.