Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (12-06-2015, 16:32)
Teatrlarımız Avropa Oyunlarının qonaqlarına bu tamaşaları göstərəcək - SİYAHI

Teatrlarımız Avropa Oyunlarının qonaqlarına bu tamaşaları göstərəcək - SİYAHI

 

Bu gün Bakıda start götürən I Avropa Oyunlarının qonaqları üçün teatr və konsert müəssisələri tərəfindən maraqlı proqramlar hazırlanıb.

 Məlumata görə, paytaxtın aparıcı teatrları iyunun 12-dən 28-dək tamaşaları sinxron və titrlərlə tərcümədə nümayiş etdirəcəklər.

 

12 iyunda Akademik Milli Dram Teatrında Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sənətsevərlərin ixtiyarına veriləcək. Həmin gün asudə vaxtını Rus Dram Teatrında keçirmək istəyənlər Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında tamaşanı izləyə biləcəklər. Dövlət Musiqili Teatrında Ramiz Mirişli və Marat Haqverdiyevin "Qısqanc ürəklər", Gənc Tamaşaçılar Teatrında isə Martin Makdonaxın "Lineyn trilogiyası"ndan "Yalqız Qərb" tamaşası nümayiş olunacaq.

 

İyunun 13-də Opera və Balet Teatrının səhnəsində Cakomo Puççininin "İl Tabarro" operasını izləyənlər klassik musiqi nümunəsindən zövq alacaqlar. Zövqünü baletə kökləmək istəyənlər isə iyunun 17-də Fərəc Qarayevin əsrarəngiz "Qobustan kölgələri" baletini Qobustanda açıq havada izləmək imkanı qazanacaqlar.

 

Akademik Milli Dram Teatrında iyunun 13-də Hüseynbala Mirələmovun "Xəcalət", ertəsi gün xalq yazıçısı Elçinin "Şekspir", iyunun 16-da "Kitabi-Dədə Qorqud" eposu əsasında "İlahi oyun", iyunun 17-də isə Elçinin "Qatil" tamaşalarına baxa biləcəklər.

 

Həmin gün Musiqili Teatrda Üzeyir Hacıbəylinin ölməz komediyalarından olan "Ər və arvad" nümayiş olunacaq. İyunun 14-də isə Oqtay Kazımi və Ramiz Heydərin birgə yaradıcılıq məhsulu olan "Qızıl toy" tamaşaçıların yolunu gözləyəcək.

 

Rus Dram Teatrında iyunun 13-də Uilyam Şekspirin "Yay gecəsində yuxu", 14-də İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşaları nümayiş olunacaq.

 

Gənc Tamaşaçılar Teatrında iyunun 13-də Uilyam Şekspirin "Romeo və Cülyetta", 14-də Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi oynanılacaq. Tamaşaçılar iyunun 15-də bu teatrda Patrik Züskindin "Kontrabas", Semuel Bekketin "Sözsüz" səhnə əsərlərini izləyə biləcəklər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024