Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (5-06-2023, 10:15)
Ilk dəfə Azərbaycan dirijoru Tayland Kral Simfonik orkestrine rəhbərlik edir

 







Taylandın paytaxtı Banqkokun ən iri və mötəbər konsert salonlarından birində - Banqkok Beynəlxalq Mədəniyyət Mərkəzinin Böyük zalında Tayland Kral Simfonik orkestrinin konsert keçirilmişdir. Həmin gecə orkestri Taylandın tarixində ilk dəfə olaraq Azərbaycanlı dirijor - Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə etmişdir. Azərbaycanlı dirijorun Taylanda səfəri musiqi kollektinin rəhbərliyi və eyni zamanda orkestrin himayədarı və yaradıcısı olan Taylandın Şahzadəsi Əlahəzrət Sirivannavari Rayakanya tərəfindən dəvəti nəticəsində gerçəkləşmişdir.  Mürəkkəb musiqi proqramı ilə seçilən konsertin əsas ideyalarından biri dahi bəstəkar Sergey Raxmaninovun 150-lik yubileyi ilə bağlı idi. Həmin gecə Sergey Raxmaninovun fortepiano və orkestr üçün “Paqanini mövzusunda Rapsodiyası” Çinin tanınmış pianoçusu Ze-Ze tərəfindən böyük məharətlə təqdim olunmuşdur. Proqramın orkestr bölümündə səslənən dahi bəstəkarlar P. Çaykovskinin “İtalyan kapriççiosu” və İ. Stravinskinin “Atəş quşu” baletindən Süitası konsertə xüsusi rəng qatdı. Dinləyicilərin alqışlarını və təkidini nəzərə alaraq dirijor Əyyub Quliyev salonda əyləşən qonaqlara müraciət edərək  Azərbaycan musiqi ifaçılığını Taylandda ilk dəfə təqdim etməkdən qürurlandığını söyləyərək Kral orkestrinə öz minnətdarlığını bildirmişdir. Proqrama gözlənilmədən əlavə olunmuş yeni əsərləri ifa edən Kral Banqkok orkestri dinləyicilərin xüsusi alqışlarına layiq görülmüşdür. Konsert bitdikdən sonra salonun foyesində gecəyə toplaşmış qonaqlarla azərbaycanlı dirijor Əyyub Quliyev və çinli pianoçu Ze-Zenin görüşü keçirilmişdir. Görüş zamanı avtoqraf imzalanması mərasimi səmimi və duyğulu anlarla yadda qaldı.

      


шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024