Mədəniyyyət (25-04-2023, 13:26)
Beş opera teatrı azərbaycanlı dirijorla bərabər
20 aprel Tatarstan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin ən məşhur sənət əsərlərindən olan “Riqoletto” operasının böyük uğura səbəb olan ifası gerçəkləşmişdir. Məşhur rejissor Mixail Pancavidzenin quruluşunda gedən tamaşada baş rolları dünya şöhrətli bariton, Mariinski Teatrının solisti Vladislav Sulimski (Riqoletto), Tatarstanın əməkdar artisti Venera Protasova (Cilda) və “Sankt-Peterburq Opera” teatrının solisti Yaromir Nizamutdinov təqdim etmişlər. Operanın musiqi rəhbəri qismində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dəvət olunmuşdur. Azərbaycanlı dirijorla bərabər əsərin ifasında digər tanınmış ifaçılar - Şimali Osetiyanın xalq artisti Mixail Kolelişvili, Tatarstanın əməkdar artistləri Artur İslamov, Svetlana Smirnova və Aydar Nurqayanov da yer almışlar. Qeyd etmək lazımdır ki, tamaşa anşlaqla keçmiş və Kazanda böyük əks-sədaya səbəb olmuşdur. Operanın ifasından sonra dinləyicilər azərbaycanlı dirijor və ifaçıları uzun müddət ayaq üstü alqışlamışlar. Qeyd etmək lazımdır ki, 7-8 aprel tarixində daha bir opera şedevri - R. Leonkavallonun “Məzhəkəçilər” əsəri bu teatrda təqdim olunmuşdur. Beş nüfuzlu opera teatrı - Mariinski teatrı (tenor Ahmed Aqadi), Mixaylovski teatrı (soprano Valentina Fedeneva), Belarus Böyük teatrı (bariton Stanislav Trifonov), “Sankt-Peterburq Opera” (Vladimir Selebrovski) və Kazan Dövlət Opera Teatrının (soprano Gülnara Qatina) solistlərinin iştirakı yaddaqalan tamaşalar mədəniyyət hadisəsinə çevrilmişdir. Bütün tamaşalara azərbaycanlı dirijor Əyyub Quliyev rəhbərlik etmişdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024