Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (24-05-2023, 09:00)
Opera və Balet Teatrı silsilə layihələr həyata keçirir

  










A. S. Puşkin adına Novqorod Dövlət Akademik Opera və Balet Teatrında dirijor, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə silsilə layihələr gerçəkləşmişdir. Əsas əlamətdar hadisələrdən biri dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti ilə bağlıdır - Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100-liyinə həsr olunmuş tamaşalar şəhərin mədəni həyatında tarixi hadisəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, 19-20 mayda gerçəkləşən tamaşalar yerli dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.  Azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında baş tutan tamaşalarda Nijni Novqorod Dövlət Opera Teatrının balet heyəti ilə bərabər teatrın simfonik orkestri və xoru da yer almışdır. Tamaşalarda yerli ictimaiyyətlə bərabər Novqorodda yerləşən Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbərliyi və nümayəndələri də qonaq  qismində iştirak etmişlər. Tamaşadan sonra növbəti gün Opera gecəsi -  “Viva Opera”  yuxarıda qeyd olunan silsilənin uğurlu sonluğuna çevrilmişdir.  Novqorod Dövlət Opera Teatrının aparıcı 12 solistinin iştirakı ilə keçən konsertdə bir bölüm dahi rus bəstəkarları P. Çaykovski, M.Musorqski, S. Raxmaninov, A. Arenski və N. Rimski Korsakova həsr olunmuş, o biri bölümdə isə dahi qərb bəstəkarlarının - C. Verdi, C. Puççini, J. Bize,  J. Massnenin yaradıcığına xüsusi yer ayrılmışdır. Proqramın açılışında səslənən Fikrət Əmirovun simfonik süitası isə gecəyə xüsusi rəng qatmışdır. Konsertdən sonra gerçəkləşən görüşdə Opera Teatrınım direktoru Tatyana Mavrina və bədii rəhbər Aleksey Trifonov Azərbaycanlı dirijora təşəkkürlərini bildirmiş və qarşıdakı yaxın zamanda əməkdaşlıq etmək üçün onu yenidən tarixi və mədəni mərkəz sayılan Nijni Novroqoda dəvət etmişlər. 


шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024