Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Mediatv.az apa-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.