Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mediatv.az-a verilən məlumata görə, araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.