Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (7-06-2022, 19:10)
Ramiz Göyüşovun Əli Əliyev barəsində şikayəti üzrə icraat dayandırılıb - QƏRAR

 Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

"Mediatv.az" APA-ya istinadla xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclasda Ramiz Göyüşovun vəkili vəsatət qaldıraraq iclasın qapalı keçirilməsini istəyib. Vəkil bildirib ki, müvəkkili işdə olan bəzi görüntülərlə bağlı prosesin açıq keçirilməsini istəmir.

Məhkəmə vəsatəti təmin edərək, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verib.

Daha sonra Əli Əliyevin Ramiz Göyüşov barəsində işlətdiyi ifadələrlə bağlı məhkəmə linqvistik ekspertizasının təyin edilməsi ilə bağlı qərar qəbul olunub.

Ekspertiza rəyi açıqlanana qədər iş üzrə icraat dayandırılıb.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024