Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (13-01-2022, 15:58)
Əli Əliyev həbs edildi


Əli Əliyev həbs edildi


Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

“Mediatv.az” xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin  polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. 


Hökmə əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Xatırladaq ki, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.

Qeyd edək ki,  2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Onu da qeyd edək ki, iddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 01 2022 23:12
21 01 2022 22:38
21 01 2022 22:07
21 01 2022 21:46
21 01 2022 21:12
21 01 2022 20:34
21 01 2022 20:00
21 01 2022 19:37
21 01 2022 18:00
21 01 2022 17:46
21 01 2022 17:30
21 01 2022 17:12
21 01 2022 17:00
21 01 2022 16:47
21 01 2022 16:37
21 01 2022 15:30
21 01 2022 15:08
21 01 2022 14:35
21 01 2022 14:29
21 01 2022 14:10
21 01 2022 13:50
21 01 2022 13:30
21 01 2022 13:15
21 01 2022 12:56
21 01 2022 12:48
21 01 2022 12:36
21 01 2022 12:26
21 01 2022 12:13
21 01 2022 12:04
21 01 2022 11:56