Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (19-05-2022, 12:20)
Yüksək vəzifəli şəxs yol qəzasında öldü


Yüksək vəzifəli şəxs yol qəzasında öldü


Bu gün səhər saatlarında Xızı rayonu ərazisində ağır yol qəzası baş verib.

“Mediatv.az” xəbər verir ki, Xızı-Giləzi yolununun 24-cü kilometrliyində "Niva" markalı avtomobil yolun kənarında dayanmış 1957-ci il təvəllüdlü Tofiq Məmmədovu vuraraq öldürüb. Belə ki, "Niva" markalı avtomobil əvvəlcə "Daewoo Nexia" markalı digər avtomobillə toqquşub. Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında olan T.Məmmədovu vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Qeyd edək ki, T.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktorudur. Hadisə onun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.

T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.

Hadisə ilə bağlı ilk məlumatı “Report” yayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024