Kriminal (7-01-2022, 14:15)
Qəzadan sağ çıxan DSX zabitlərinin partiya sədrinə qarşı iddiası əsasında məhkəmə başlayıb
Yasamal Rayon Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı məhkəmə iclası başlayıb. "Mediatv.az" "Report"a istinadən xəbər verir ki, zabitlər iddianı birlikdə deyil, ayrı-ayrılıqda irəli sürüblər.
E.Cəfərovun şikayətinə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun, R.Ədilovun iddiasına isə məhkəmənin digər hakimi Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.
Yanvarın 7-də keçirilən proseslərdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Ə.Əliyevin vəkili vəsatətlər qaldıraraq hər iki prosesin eyni məhkəmə iclasında baxılmasını istəyib.
Vəsatət təmin edilməyib.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçiriləcək proses yanvarın 11-nə, digər hakim Rauf Daşdəmirovun sədrliyi ilə baş tutacaq iclas isə yanvarın 13-ə təyin edilib.
Qeyd edək ki, DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.
Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024