Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-09-2021, 18:52)
"İdeal"ın keçmiş sahibinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

"İdeal"ın keçmiş sahibinin cinayət işi üzrə məhkəmə prosesi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Samirə Quliyeva bildirib ki, şirkətə ofis müdirinin köməkçisi kimi düzəlib: "Bir ildən sonra baş mühasibin köməkçisi olmuşam. Bir il sonra ofis müdiri işdən çıxdı və mağazalardan gələn pulları mən yığırdım. İlqar İsmayılov poçt vasitəsilə və ya zənglə mənə tapşırıq verirdi ki ödənişlər edim. Mən də həmin tapşırığa əsasən sürücü və digər deyilən şəxslərə ödənişlər edirdim. Ödəniş qəbzlə edilirdi. Düşünmürdüm ki, gələcəkdə bu ödənişlər mənə problem yaradacaq.

2014-cü ildə yeni xəzinədar təyin edildi və bundan sonra ödənişlər onun razılığı ilə həyata keçirildi. İşlədiyim müddətdə banklara pullar köçürürdük. Pullar şirkətin adından ödəniş edirdik. İlqar İsmayılovun adından da banklara ödənişlər edirdik. Ödənişlər müxtəlif məbləğlərdə olurdu. 1000 manatdan 40-50 min manata ödənişlər edirdik. Pullar hamısı İlqar müəllimin adından ödənilirdi. Əsasən şirkətin adından köçürmələr edirdik.

Şirkətdə bir neçə dəfə audit yoxlamaları keçirilmişdi".

Prokurorun suallarını cavablandıran şahid bildirib ki, banklara İlqar müəllimin adına ödənişlər onun öz göstərişi ilə edilirdi. İlqar müəllim və ya baş mühasib tərəfindən mənə göstərişlər verilirdi və mən icra ediridm. Fuad Şahvəliyev şirkətə maliyyə direktoru təyin olunandan sonra ödənişlər onun imzası ilə edilirdi. İlqar müəllimin adına ,banklarda kreditlər var idi. Bəzən şirkətin büdcəsində olan vəsaitdən İlqar İsmayılovun kreditləri ödənilirdi. Pulları etibarlı şəxs kimi şirkətin təsərrüfat müdiri Həbib Qarayev ödəyirdi. Ən böyük ödədiyiniz məbləğ 168 min manat olub".

Şahid bildirib ki, İlqar İsmayılov hər gün səhər ötən günün maliyyə əməliyyatlarının açıqlamasını yazırdılar: "Sonra kassa qalığı müəyyən edilirdi. İlqar İsmayılov banklardan bilirinə ayda 36 min manat kredit ödəyirdi. Bayram ərəfələrimdə bəzən milyon manatdan artıq köçürmələr edilirdi".

Prosesdə elan edilib ki, digər şahid koronavirusa yoluxduğu üçün prosesə qatıla bilməyib. Bu məqsədlə məhkəmə prosesi sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024