Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (5-08-2019, 14:17)
Bağ mövsümü başlayandan evlər nəzarətsiz qalıb - Oğrular hərəkətə keçib

 Bakının Nərimanov rayonu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Vidadi Soltanovun mənzilindən 24 mindən çox ABŞ dolları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsindən Oxu.Az-a bildiriblər ki, oğurluq hadisəsi avqustun 3-4-də törədilib. Cinayətkar qapının qıfılını sındıraraq mənzilə girib.
Ötən sutkalar ərzində daha bir oğurluq hadisəsi Nəsimi rayonunda qeydə alınıb. Bazar gününə keçən gecə paytaxt sakini Emin Süleymanovun Füzuli küçəsi, 73 saylı binada yerləşən mağazasına soxulan cinayətkarlar kassadan 2 min manat və 14 min manat dəyərində mobil telefonlar oğurlayıblar.
Göstərilən faktlar üzrə hələ heç kəs saxlanılmayıb, bu istiqamətdə iş aparılır.
Qeyd edək ki, ötən sutkalar ərzində Bakıda şəxsi əmlakın oğurlanması üzrə 43 fakt qeydə alınıb, onlardan üçünün üstü açılıb.
Hüquq-mühafizə orqanlarından deyiblər ki, bağ mövsümünün başlaması ilə mənzillərdən oğurluq halları artır, çünki vətəndaşlar əmlaklarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı lazımi tədbirlər görmürlər. Polisdən əlavə ediblər ki, əmlak cinayətlərinin artımı qismən urbanizasiya ilə bağlıdır və onun mənfi sosial nəticələrindən biridir. Belə ki, əvvəllər qonşular bir-biri ilə sıx ünsiyyət saxlayırdılarsa, indi bu ünsiyyət çox vaxt minimuma endirilib.
“Ev sakinləri başqa yerə gedərkən qonşularından mənzilə göz-qulaq olmağı istəmirlər. Tez-tez köçmələr ona gətirib çıxarıb ki, hətta bir çox qonşular bir-birini tanımır” , - polisdən bildiriblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024