Kriminal (26-07-2019, 13:30)
20 kq-a yaxın heroin qaçaqmalçılığı
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə iyulun 22-də rayonun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.
Belə ki, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kiloqram 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.
Bundan başqa, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində iki nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq, sərhəd naryadı tərəfindən saxlanıblar.
Onların əşyalarına baxış keçirilərkən içərisində ümumi çəkisi 5 kq 200 qram olan heroin və tiryək növündə narkotik vasitəli bağlama aşkar olunub.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri - 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.