Kriminal (15-05-2019, 15:21)
Bakıda narkotacir “Səbiş” tutuldu

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” adlı şəxsdən aldığını bildirib.
Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025