Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (4-02-2019, 13:30)
Hoteldə 14 yaşlı qıza təcavüz etdiyi iddia olunan şəxslə bağlı məhkəmə baş tutmadı

 Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində çıxarılan məhkəmə qərarından verilən şikayət üzrə iclas təxirə salınıb.
Mediatv.az-ın xəbərinə görə, məhkəmə kollegiyası cinayət işi materialları ilə tanış olmaq üçün prosesi fevralın 5-dək təxirə salıb.
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə N.Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Lakin zərərçəkmiş tərəf məhkəmə qərarının dəyişdirilməsini və N.Əhmədovun həbs edilməsini tələb edir.
İddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.
Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.
Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.
Ekspertizanın rəyi alınanadək isə N.Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib.
Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb.
Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir.
N. Əhmədov barəsində Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham irəli sürülüb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024