Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (24-01-2019, 10:54)
Həbsdə olan icra nümayəndəsi: Onun arvadı da falçıdır

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən A.Osmanov sərbəst ifadə edib.
O, ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.
Şamaxıda gördüyü işlərdən danışan A.Osmanov söyləyib ki, 13 ildir Şəhriyar qəsəbəsində çalışıb:
“Mənim arayışımla hansı bankdan pul alınıb? Heç nəyi saxtalaşdırmamışam. O, öz torpağını satıb, xaricə gedib. Bu, prokurorluq əməkdaşı Tural Kərimov tərəfindən qondarma ittihamdır. Həmin şəxs hazırda prokurorluq orqanından uzaqlaşdırılıb. Tural Kərimov üç nəfər qondarma zərərçəkmiş və şahid tutub. Mən heç kəsə ziyan vurmamışam”.
A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib:
“Çünki onun mənə qarşı prinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi”.
A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır:
“Onun arvadı da falçıdır. Bildiyim qədərilə Məlikcan hazırda Qazaxıstanda yaşayır”.
Təqsirləndirilən şəxs sonda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində üç nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024