Kriminal (4-10-2018, 18:00)
Rusiya vətəndaşı Azərbaycana narkotik və silah-sursat keçirmək istədi
Gömrükçülər narkotik vasitə və silah-sursatın ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
DGK-dan Milli.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Ford Mondeo" markalı minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı, öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd "Kenwood" markalı, LB-75L model ratsiya aşkar olunub. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində "Maqnum; патрон 9 mm травматический" markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.