Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-07-2018, 17:30)
Binanın blokunda iki qadını bıçaqlayana hökm oxunub

Binanın blokunda iki qadını bıçaqlayana hökm oxunub

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mediatv.az-ın məlumata görə, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar. 

Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıblar.  

Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb. Lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyirlər. 

Şəhriyar Əlizadə barəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli CM-nin 181.3.3-cü maddəsinə tövsif olunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024