Kriminal (9-06-2018, 15:30)
Hökmdən hər üç tərəf narazıdır
Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadə barəsindəki hökmdən apellyasiya şikayəti verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Əlizadə 2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində yerləşən mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayaraq öldürüb. Belə ki, Ə.Əlizadənin dükandan aldığı ərzağa görə 30 manat borcu olub. Bir neçə gün əvvəl həmin borcu tam ödəyəcəyinə söz versə də, həmin gün pulun bir qismini qaytarıb. H.Məmmədov da buna etiraz edib və Əmrahı təhqir edib. Bu zaman Ə.Əlizadə onu bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Əlizadə Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma;
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Bu hökmdən hər 3 tərəf narazı qalıb. Baş Prokurorluq və mərhum H.Məmmədovun hüquqi varisi cəzanın yüngül olduğu qənaətinə gəlib və ağırlaşdırılmasını tələb edib. Ə.Əlizadənin vəkili isə daha yüngül cəza verilməsini istəyib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə baxılacaq. İlkin baxış iclası iyunun 13-də keçiriləcək.