Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (17-04-2018, 21:00)
“Polojeniya Anar”a hökm oxundu - FOTO

“Polojeniya Anar”a hökm oxundu - FOTO

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Anar Məhərrəmovun Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediatv.az-ın məlumatına görə, ittiham aktına əsasən, Anar Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində fəaliyyət göstərən “Night Office” gecə klubuna gəlib və orada, onunla birlikdə əylənən qıza sataşdığını əsas gətirərək Bakı şəhər sakini Kamran Hüseynova ağır dərəcəli bədən xəsarətləri yetirib. 

Zərərçəkən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Şübhəli şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən, ondan narkotik vasitə də aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Anar Məhərrəmov kriminal aləmdə “Polojeniya Anar” ləqəbi ilə tanınıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı A.Məhərrəmova doqquz il cəza təyin olunmasını xahiş edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024